05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onlar Füzulidən Şuşaya piyada gedib çıxdılar

19.11.2020

Xəbər verdiyimiz kimi, Qarabağda işğaldan azad edilmiş tikililərdən birinin divarına yazdığı "Maştağa 1 N-li internat” sözləri ilə hər kəsi təsirləndirən qəhrəman əsgərimiz Elçin Əhmədov internatda böyüyən 3 qardaşdan biridir.

"Təhsil TV” hərbçinin qardaşı Araz Əhmədovla görüşüb. A. Əhmədov qeyd edib ki, müharibənin başlanmasını eşidən kimi özü də, qardaşı da könüllü cəbhəyə yazılıblar.

O bildirib ki, qardaşı döyüşçü yoldaşları ilə bərabər Füzuli istiqamətindən Şuşa ətrafına qədər ayaqla, günlərlə gedib çıxıb: "İnternat uşaqları üçün vətənpərvərlik ayrı mövzudur, onlar vətənə başqa cür bağlı olurlar. Döyüşmək onların hamısına xasdır. Elçin üç övladını evdə qoyub Vətən üçün döyüşə gedib. Belə ordusu olan xalq məğlub ola bilməz!”