17 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Daha iki şəhid müəllim...

18.11.2020

Daha iki müəllim – Qoşqar Ömərov və Elgün Quliyev torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olublar.

Q. Ömərov Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyib. O, qəhrəmancasına döyüşərək noyabrın 4-də şəhidlik zirvəsinə yüksəlib. Məlumatı Təhsil Nazirliyindən təsdiqləyiblər. MİQ imtahanında 58 bal yığmaqla yüksək nəticə göstərib və Masazır kənd 5 nömrəli tam orta məktəbə işə qəbul olunub. Bu il onun şagirdlərindən biri DİM-in blok imtahanında yüz faizlik nəticə göstərib.

Digər şəhidimiz Elgün Quliyev isə Lerik rayon Sors kənd ümumi orta məktəbində tarix müəllimi işləyib. O, Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.