05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azad edilmiş ərazilərdə teleradio yayımına başlanılır

18.11.2020

Ölkədə radio-televiziya yayım təminatını həyata keçirən "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə başlayıblar.

DM xəbər verir ki, bunu MTRŞ-nin Aparat rəhbəri, sədrin köməkçisi Fazil Novruzov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdəki teleradio yayım üçün infrastruktur ya tamamilə dağıdılıb, ya da Ermənistanın televiziya və radiolarını yayımlamaqdan ötrü istifadə olunub:

"Artıq bərpa işləri bitəndən sonra Azərbaycanda lisenziya almış bütün ölkə radio və televiziyaları orada yayımlanacaq. Bu da bir az vaxt alacaq”.

"Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən isə bildirilib ki, yeni avadanlıqlar alınaraq azad edilmiş ərazilərə aparılıb:

"Yenidənqurma işləri aparılır. Hər şey yüksək səviyyədə təşkil ediləcək”.