02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Semyon Uralovdan AÇIQLAMA

18.11.2020

Ermənistanda böhran yaşanır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı bir çox bəyanat və çığır-bağır səslənəcək. Amma buna diqqət yetirməyin bir mənası yoxdur. Ermənistan tərəfinin razılaşmalara əməl etməsinin əsas qarantı Rusiyadır.

DM xəbər verir ki, bu fikri rus politoloq, "SONAR-2050” analitik layihəsinin baş redaktoru Semyon Uralov söyləyib.

Onun sözlərinə görə, bu (Ermənistanda işğalçı qoşunların çıxarılması ilə bağlı müşahidə edilən isteriya – red.) şizofreniyadır:

"Ermənistanın dəqiq bir mövqeyi yoxdur və bu səbəbdən də Sorosun Paşinyan kimi kuklalarının hakimiyyətə gəlməsi mümkün olur.

Rəsmi Bakı Ermənistan rəhbərliyinə tamamilə düzgün qiymət verdi. Qafqazda söylənən bütün sözlərə görə məsuliyyət daşınmalıdır. İrəvan isə öz zəifliyi və iradəsizliyi ucbatından sözlərinə görə məsuliyyət daşımır”.