02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş infeksionistdən XƏBƏRDARLIQ

18.11.2020

Azərbaycanda COVİD-19-a yoluxma sayındakı artımın davam etməsi dövlətin, xüsusən də səhiyyənin yükünü xeyli artırır.

DM xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma sayındakı yüksək göstəricilər bir çox ölkələrdə müşahidə olunur.

Baş infeksionist qeyd edib ki, yoluxma sayında olan artım gözlənilən idi və bu, hələ yay aylarında proqnozlaşdırılmışdı.

T.Eyvazov əlavə edib ki, yoluxma sayındakı artımla bağlı vəziyyətdə iqlim faktorları ilə yanaşı, əhalinin müvafiq gigiyena qaydalarına nə dərəcədə əməl etməsi də çox önəmli rol oynayır:

"Biz yeni koronavirus infeksiyasının gedişini yaz-yay aylarında izləyə bildik. İndi isə payız-qış mövsümüdür. Biz bu dövrü ilk dəfədir ki, izləyirik və buna görə də gözlənilən vəziyyətlə bağlı proqnoz vermək çox çətindir".