06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koçaryan Erməni ordusunu təhqir etdi

18.11.2020

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan qanunverici orqanın tribunasında ölkənin Müdafiə Nazirliyinin Qarabağ müharibəsindəki əməliyyatları haqqında növbəti dəfə aşağılayıcı fikirlər səsləndirib.

Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verilir. Parlamentin komissiya sədri bildirib ki, Ermənistan ordusu mövcud deyil. "Ordu praktik olaraq yoxdur, onlar ancaq silahlı şəxslərdir", - deyə Andranik Koçaryan qeyd edib.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti isə öz növbəsində deputatın fikirlərinə qəti etiraz edib: "Biz müharibə dövründə ordunun rolunu bu qədər çox kiçiltməyə çalışmasını Koçaryanın vicdanının öhdəsinə buraxırıq".

Nazirlik bildirib ki, bu açıqlama minlərlə erməni hərbçi üçün təhqirdir.

"Əgər Koçaryan həqiqətən belə düşünürsə, onda Müdafiə Nazirliyi əsgərdən zabitədək hərbçilərin qarşısında üzr istəməsi şərtilə onu Ermənistan ordusunda məmnuniyyətlə müşayiət edəcək. Hər kəs qarşısında", - nazirliyin bəyanatında deyilir.