25 08 2025-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Avstraliyadan Azərbaycana dəstək

17.11.2020

"Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan uzunmüddətli dövlət siyasəti var”.

Bu fikir Avstraliya Xarici İşlər Nazirliyinin Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımova ünvanladığı cavab məktubunda bildirilib.

Məktubda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Avstraliyanın ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyi və müdaxilə etməyə çalışmadığı qeyd edilib.

"Münaqişə hərbi yolla deyil, tərəflər arasında danışıqlar vasitəsi ilə həll olunmalıdır. Xarici işlər nazirinin 1 oktyabr açıqlamasında "mübahisəli ərazilər"dən bəhs etməsi münaqişənin özünə istinad edir və Avstraliyanın mövqeyində hər hansı dəyişikliyi əks etdirmir”, - deyə məktubda vurğulanıb.

Qeyd edək, oktyabrın 2-də İmaməddin Qasımov Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması və ərazi bütövlüyünün tanınması ilə bağlı Avstraliya hökumətinə müraciət edib.