03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ üzrə razılaşmaya əməl edilir”

17.11.2020

"Rusiya bizə dost olan iki dövlət arasında gedən hərbi əməliyyatları dayandırmağa və onları güzəştli həllə təşviq etməyə yardımçı olmaq üçün aktiv səylər göstərib”. Bunu Rusiya prezidenti Vladimir Putin

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika (BRİCS) ölkələri sammitində çıxışında bildirib.

"Bizim vasitəçiliyimizin nəticəsində noyabrın 9-da atəşin tam dayandırılması və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gəlinib. Bütün bunlar Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatda qeyd olunub. Vacib olan odur ki, qeyd olunan razılıqlara riayət olunur. Hərbi əməliyyatlar tam dayandırılıb, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və tam formatlı nizamlanması üçün həm Azərbaycan, həm də erməni xalqlarının maraqlarına uyğun olaraq ədalətli əsaslarla şərait yaradıldı”, - deyə Rusiya prezidenti vurğulayıb.