29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Navalnı Peskovu məhkəməyə verdi

17.11.2020

Rusiyalı müxalifətçi Aleksey Navalnı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovu məhkəməyə verib. Bu barədə "Kommersant” nəşri xəbər verib.

İşin kartı Moskvanın ümumi yurisdiksiyası məhkəmələrinin rəsmi portalında dərc edilib. İddia noyabrın 16-da qeydə alınıb, iddia ərizəsi üçün dövlət rüsumu noyabrın 13-də ödənilib.

İşin kateqoriyasında "198 — şərəfin, ləyaqətin, vətəndaşlara və hüquqi şəxslərə işgüzar nüfuzun qorunması" göstərilir.

Oktyabrın əvvəlində Peskov bildirmişdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları Navalnı ilə əməkdaşlıq edirlər, ona müəyyən təlimatlar verirlər. O, blogerin zəhərlənməsində Rusiya rəhbərliyinin əli olduğu barədə fikirlərini belə şərh etmişdi.

Bundan sonra Navalnı prezidentin mətbuat katibini məhkəməyə vermək niyyətində olduğunu bildirmişdi.