29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni hərbi hissəsinə girdik...

17.11.2020

Cəbrayıl və Füzuli istiqamətindəki hərbi əməliyyatlarda düşmənə öldürücü zərbələrin vurulmasında iştirak edib, döyüş meydanından yaralı hərbçilərimizi çıxararkən özü də xəsarət alıb...

DM Xezerxeber.az-a istinadla xəbər verir ki, söhbət leytenant Hikmət İbrahimovdan gedir.

Bu qəhrəman, müharibə zamanı yaralansa da, döyüşü davam etdirib. Bir neçə gün sonra yenidən yaralandığından müalicə üçün paytaxt Bakıya göndərilib. O, ilk xəsarəti Cəbrayıl rayonu ərazisində alıb.

Bölük komandiri vəzifəsini icra edən Hikmət İbrahimovun tabeliyindəki dəstə Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi ərazisində düşmənin şiddətli atəşinə məruz qalıb. Elə həmin döyüşlərdə də o bədəninin 4 nahiyəsindən yaralanıb və fəqərəsi sınıb.

Hərbçimizin sözlərinə görə, döyüş yoldaşları erməniləri ərazidən qovduqdan sonra çoxlu sayda texnikanı ələ keçiriblər. Onların içərisində hətta erməni generalın avtomobili də olub.

Qəhrəman hərbçimiz hələ də bədənində qəlpələrlə yaşayır. Hikmət İbrahimov Yunus və Yusif adlı iki övladını əsl vətənpərvər kimi böyütmək istəyir.