07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xudavəngdə iki post qurulacaq

16.11.2020

 "Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək – biri ərazinin girişində, digəri isə monastrın özündə”.

Erməni KİV xəbər verir ki, bunu Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko deyib.

O bildirib ki, hazırda sülhməramlılar noyabrın 25-də ermənilərin Kəlbəcəri tərk etmələri haqda razılaşmanın qüvvəyə minməsinə hazırlaşırlar və bu gündən etibarən müşahidə postlarının təchizatına başlanılır. Noyabrın 25-dən sonra isə sistemli işlər aparılacaq.

Qeyd edək ki, Xudavəng Kəlbəcər rayonu ərazisində yerləşən qədim monastrdır və Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir.