07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan ordusunda həbslər başlayıb

16.11.2020

Qarabağda məğlubiyyətə görə Ermənistan ordusunda həbslər başlayıb.

DM-in "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) İtkin düşmüş və əsir götürülmüş şəxslərlə iş üzrə komitəsinin sədri polkovnik Vitali Voskanyan bildirib.

Onun sözlərinə görə, Qarabağda döyüşlərdə erməni hərbi qulluqçularının ölümünə səbəb olan zabitlər arasında həbs olunanlar var: "Günahsız yerə hərbçilərin ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”.

Ermənistan MN-in rəsmisi qeyd edib ki, Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanılıb, cinayət işi çərçivəsində kifayət qədər dəlillər toplanıb.

O, bəzi şəxslərə qarşı cinayət işinin başladıldığını və bu şəxslərin bəzilərinin əməllərində cinayət tərkibinin olduğunu vurğulayıb: "Topladığımız bütün materiallar İstintaq komitəsinə göndəriləcək”.