05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid Denis Proninin ailəsini ziyarət

16.11.2020

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə həlak olan şəhid Denis Proninin ailəsini ziyarət edib.

Nazirlikdən verilən məlumata görə, şəhidin məktəbli qızına onlayn dərslərdə iştirak etmək üçün ehtiyacı olan noutbuk hədiyyə olunub.

Denis Proninin cəbhəyə könüllü yollandığını və Füzuli istiqamətində gedən döyüşlərdə həlak olduğunu bildirən şəhidin ailəsi müzəffər Azərbaycan ordusunun onun qanını yerdə qoymadığını, qisasını aldığını söyləyib. Ailəsi Denisin daim Qarabağın işğaldan azad olunmasında iştirak etməsini arzuladığını deyib. Yaxınları qürur hissi ilə vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi qələbə qazandı, ədalət bərqərar oldu və Denisin ruhu artıq şaddır.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq müxtəlif sosial məsuliyyət tədbirləri həyata keçirir.