09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Metroda həyəcan: qatarlar boşaldıldı - BAKIDA

02.07.2018

Bu gün səhər saat 08:30 radələrində "Dərnəgül" istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb.

Bakı Metropoliteni QSC-nin metbuat xidmətinin rəhbəti Bəxtiyar Məmmədov bildirib ki, "Dərnəgül" istiqamətində hərəkət edən qatarın idarəetməsində müəyyən problem yaranıb. Onun sözlərinə görə, "Azadlıq" stansiyasına qədər qatarlar avtomatik idarəetmə ilə tənzimlənir və bu stansiyaya qədər qatarların intervalında heç bir problem yoxdur:

"Yalnız "Dərnəgül" stansiyasında problem olur. Bu stansiyada dispetçerlər əl ilə idarəetməyə keçiriblər. Bu baxımdan ola bilər ki, yubanma olsun. Problemin aradan qaldırılması üçün işlər görülür. Yaranan problem aradan qaldırılana qədər ola bilər ki, sərnişinlər "Azadlıq" stansiyasında qatardan boşaldılsın".