05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

110 yaşlı qadın koronavirusdan sağalıb

16.11.2020

Goranboyda koronavirusa (COVID-19) yoluxmuş 110 yaşlı qadın sağalıb.

DM xəbər verir ki, Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov APA-ya bildirib ki, təxminən 10 gün əvvəl rayonun Bəşirli kənd sakini, 1910-cu il təvəllüdlü Ələkbərova Səmayə Nisbət qızı halsız vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal lazımi profilaktik tədbirlər görülüb.

Tibbi müdaxilələrdən sonra qadının vəziyyəti yaxşılaşıb.

Baş həkimin sözlərinə görə, 110 yaşlı Səmayə Ələkbərova tam sağalıb və bu gün xəstəxanadan evə buraxılıb.