05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Novruzovdan DƏSTƏK

16.11.2020

Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızının işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Ümummilli lider Heydər Əliyevin şərəfinə Heydər şəhəri adlandırılmasını təklif etməsi ictimaiyyətdə maraqla qarşılanıb. Bu təklif yaxın gələcəkdə Hadrutun adının dəyişdirilməsi məsələsini gündəmə gətirib.

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Ermənistan tərəfindən Qərbi Azərbaycanda və Qarabağda 700-dən artıq kənd, şəhər, qəsəbə, o cümlədən tarixi və mədəni abidənin adı dəyişdirilib:

"Bunun 300-dən artığı artıq tarixə qovuşan Dağlıq Qarabağın ərazisinə düşür. Diqqət etsəniz görərsiniz ki, bu adların bir çoxu qeyri-müəyyən və heç bir tarixi əsası olmayan uydurma adlardır. Biz Milli Məclisin Toponimiya komissiyası ilə birlikdə bir sıra araşdırmalar aparırıq və cənab Prezident tərəfindən də bu araşdırmalar yaxından izlənilir.

Hesab edirəm ki, Aynur xanımın bu təklifi olduqca gözəl bir təklifdir. Milli Məclisə bu istiqamətdə bir təklif daxil olsa, komitə sədri kimi bunu dəstəkləyərəm. Ulu öndərin Azərbaycan xalqına xidməti əvəzsizdir. Onun həmişə ən böyük arzusu işğal olunmuş torpaqları azad görmək idi. Hətta diqqət etdinizsə, cənab Prezident Şuşa xəbərini ilk Ulu öndərin məzarına gedərək onunla bölüşdü. Bu mənada Hadrutun adının Heydər şəhəri olaraq dəyişdirilməsi ilə tam razıyam”.

Millət vəkili bildirib ki, Heydər şəhərinin Qarabağda yerləşməsi həm milli maraqlarımıza uyğundur, həm də Ulu öndərin adına layiq ekzotik bir şəhərin salınması üçün gözəl məkandır.