05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan daha bir məmuru işdən çıxartdı

16.11.2020

Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi-Sənaye Komitəsinin sədri Artak Davtyan tutduğu vəzifədən azad edilib.

"News.am” xəbər verir ki, müvafiq fərmanı Baş nazir Nikol Paşinyan imzalayıb.

Noyabrın 11-də imzalanan sənəd bu gün KİV-də açıqlanıb.

Qeyd olunur ki, A. Davtyan cari ilin iyulun 17-də sözügedən posta təyin olunub. Bundan öncə isə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi olub.

Xatırladaq ki, N. Paşinyan Qarabağ uğrunda gedən 44 günlük müharibədə bir çox yüksək vəzifəli şəxsi vəzifələrindən azad etmişdi.