05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Adı Lalə idi o qızın” təqdim olundu

16.11.2020

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu ictimai birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, "Zirvə" Tədris Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın populyar "Kitab dünyası” ədəbiyyat-mədəniyyət qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin bu günlərdə Azərbaycanda çap olunmuş "Adı Lalə idi o qızın” adlı poemasının onlayn təqdimatı baş tutub.

Təqdimatda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçıları Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibəti ilə təbrik edib və Ermənistanın işğalçı siyasətinin dünyaya çatdırılması istiqamətində işlərin davam etdirildiyini qeyd edib.

O, öz yaradıcılığı ilə yalnız Özbəkistanda deyil, bütün türk dünyasında tanınan, sevilən şairə Xasiyyət Rüstəmin "Adı Lalə idi o qızın” adlı poeması haqqında danışıb. Bildirib ki, əsər özündə Birinci Qarabağ müharibəsi zamanı öz ata-baba yurdundan didərgin düşən azərbaycanlı uşaq Lalənin acı həyat hekayəsindən bəhs edir.

Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında Xasiyyət Rüstəmin iki qardaş xalq arasında ədəbiyyat, mədəniyyət istiqamətində çox böyük işlər gördüyünü, hər zaman Azərbaycanın yanında olduğunu ifadə edib. Xasiyyət Rüstəmin qələmə almış olduğu "Adı Lalə idi o qızın” adlı poemasının da onun Azərbaycan insanının yaşamış olduğu ağrı-acılara həssas münasibətinin təzahürü olduğunu qeyd edib.

Tədbirin sonunda çıxış edən Xasiyyət Rüstəm təqdimatda iştirak edən ziyalılara təşəkkür edib, kitabın nəşr olunmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, "Adı Lalə idi o qızın” adlı poema Azərbaycanın və Özbəkistanın müxtəlif qurumlarına və oxuculara paylanacaq.