05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bitlisdə PKK-çılara aid əşyalar tapıldı

16.11.2020

Türkiyənin Bitlis şəhərindəki Mutki bölgəsində PKK terrorçularının istifadə etdiyi 6 mağara, 6 sığınacaq və 2 anbarda ələ keçirilən partlayıcı maddələr və yaşayış materialları məhv edildi.
DM-in "Sabah Haber"ə istinadən verdiyi xəbərə görə, "Əməliyyat daxilində Mutki şəhərindəki Şeyhhabip Ana Sığınacağında 6 mağara, 6 sığınacaq və 2 anbarda torpağa basdırılmış sıxılma mexanizmi olan 500 qramlıq TNT kalıbı ilə hazırlanmış əl istehsalı bir partlayıcı qurğu, generator, 3 böyük boru, buji, 12 voltluq batareya, 40 metr kabel 2 cüt idman ayaqqabısı, kürək, mişar, 3 ədyal, 3 jel bidon, 4 çaynik, 2 tava, 4 stəkan, tikiş dəsti, bir diş pastası bağlaması və 565 kiloqram müxtəlif qida məhsulları ələ keçirildi.

Dəlil materialları Baş Prokurorluğun əmri ilə götürülmüş və digər materiallar yerində məhv edilmişdir.