05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyanın etirafı

16.11.2020

Ermənistanın Baş naziri ABŞ rəsmiləri ilə bir neçə dəfə danışdığını və müharibə dövründə kimlərlə daim təmasda olduğunu açıqlayıb.

Bu gün keçirdiyi onlayn mətbuat konfransı zamanı "Sputnik Ermənistan”ın sualını cavablandıran Paşinyan ABŞ-a döyüş əməliyyatları dövründə bir ay ərzində beş dəfə zəng etdiyini bildirib.
Paşinyan qeyd edib ki, sözügedən dövrdə ABŞ Prezidentinin müşaviri Robert O'Brayenlə iki, dövlət katibi Mayk Pompeo ilə üç dəfə telefonla danışıb. Üstəlik, ilk söhbət istisna olmaqla əsasən Amerikanın sülh təşəbbüsünün müzakirə olunduğunu bildirib.

Paşinyan Qarabağ məsələsində Rusiyanın təkliflərini ABŞ tərəfi ilə müzakirə etmədiyini vurğulayıb.

"Rusiyanın təklifləri ABŞ tərəfi ilə ümumiyyətlə müzakirə edilməyib. Rusiya Prezidenti ilə davamlı təmasda olduğumuz vaxtlarda gün ərzində 5-6 dəfə zəng etdiyimiz olub”,- deyə Paşinyan qeyd edib.