28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabiq nazirin oğlu da ÖN CƏBHƏDƏ

16.11.2020

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin oğlu Yusif Əliyev də Vətən Müharibəsində könüllü döyüşənlər sırasında olub.

İngiltərədə ali təhsil alan və son illər bizneslə məşğul olan Yusif Əliyev döyüşlərin başladığı ilk gündən Orduya könüllü yazılıb və ön cəbhədə döyüşərək torpaqların işğaldan azad edilməsində iştirak edib. Məlumata görə, Y.Əliyev hazırda da xidmətini davam etdirir.

Xatırladaq ki, Fərhad Əliyev 2001-2005-ci illərdə Azərbaycanın iqtisadi inkişaf naziri olub. 2005-ci ildə həbs edilərək vergidən yayınma, qanunsuz özəlləşdirmə, rüşvət alma və digər vəzifə cinayətlərində ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. 8 il sonra Prezidentin sərəncamı ilə əfv edilərək azadlığa çıxıb.