28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha 475 erməni qayıtdı

16.11.2020

Ermənilər rus sülhməramlılarının himayəsi altında Xankəndiyə qayıtmağa davam edirlər.

Bu gün Rusiya Müdafiə Nazirliyi 19 avtobusla daha 475 nəfərin Xankəndiyə gəldiyini bildirib.

Qeyd edək ki, ermənilərin 2 gündür Xankəndiyə qayıtması ilə bağlı məlumatlar yayılır. Ancaq paralel olaraq onların ərzaq çatışmazlığı ilə üzləşdiyi də bildirilir.

Ötən gün Rusiya mediası Xankəndiyə qayıdanların çarək belə tapmadığını əks etdirən görüntülər yaymışdı. Maraqlıdır ki. erməniləri zorla geri qaytaranlar onların nə ilə qidalanacağını, nə iş görəcəyini, harda işləyəcəyini qəti düşünmürlər. Sadəcə, bacardıqca daha çox ermənini Xankəndiyə gətirməyə çalışırlar. Onların qısa müddətdən sonra Azərbaycanın Xankəndi şəhərini tərk edəcəyi isə indidən bəllidir.