28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

B.Conson özünü təcrid etdi

16.11.2020

Böyük Britaniyanın Baş naziri Boris Conson "SARS-CoV-2” koronavirus testi müsbət nəticələnmiş bir şəxslə təmasda olduğu üçün yenidən özünü təcrid etmək məcburiyyətində qalıb.

Bu barədə "Daily Mail” nəşri məlumat yayıb.

Siyasətçi noyabrın 12-də bir qrup millət vəkili ilə görüşüb. Sonradan məlum olub ki, deputatlardan birinə - Li Andersona koronavirus diaqnozu qoyulubmuş.

Baş nazir bildirib ki, hazırda özünü yaxşı hiss edir və səhhətində COVID-19-un əlamətləri yoxdur. Conson əlavə edib ki, məsafədən işləməyə davam edəcək.

Qeyd edək ki, Britaniyanın Baş naziri bu ilin mart ayının sonunda koronavirusa yoluxmuşdu.