28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vətəndaş müharibəsi təhlükəsi

16.11.2020

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Dağlıq Qarabağdan Yerevana qayıtmağa və "divar dibində ulayan"larla bağlı məsələləri həll etməyə çağırıb.

"İzvestiya"nın verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri özünün "Facebook" səhifəsində yazıb.

N.Paşinyan bildirib: "Cəbhə bölgəsindən hərbi qulluqçuların onlarla videosunu izlədim. Uşaqların dərin düşüncəsindən heyrətləndim. Uşaqlar, siz haqlısınız. Divar dibində ulayanlarla bağlı məsələləri tamamilə həll etmək üçün sizi Yerevanda gözləyirəm".

"Facebook" istifadəçiləri baş nazirin bu açıqlamasını pisləyiblər və qeyd ediblər ki, eitrazçılar da Ermənistan xalqının bir hissəsidir.