05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Nikol bütün erməniləri həbs etməlidir"

15.11.2020


Nikol, sonda bütün erməni xalqını həbs etməli olacaqsan. Çünki sən və kuklalarından başqa hamı vətənini xilas etmək üçün düşünür və hərəkət edir.

Bu sözləri Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan öz Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan baş naziri üzr istəmək əvəzinə, siyasi diktatura və repressiya yolunu seçdi:

"Bu ssenari bizə çoxdan məlumdur, lakin bizi bununla qorxutmaq qeyri-mümkündür. Paşinyan öz mövqeyini qorumaq üçün teatrda yeni ssenari ortaya qoydu, Vətən Partiyasının lideri Artur Vanetsyan, Respublika fraksiyasının lideri Vaqram Baqdasaryan, həmçinin "arsax azadlığı” uğrunda döyüşən Aşot Minasyan və Aşot Avaqyanı ittiham edib”.