ABŞ-ı aksiyalar bürüdü:  Minlərlə insan küçələrdədir 
    
                          
     
                         01.07.2018
 
    
                        ABŞ-da Donald Trampın yürütdüyü miqrasiya siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilir.
Bu barədə CNN məlumat yayıb.
Aksiyalar əsasən Boston,Vaşinqton, Denver, Nyu-York və Dallasda keçirilir.
Aksiya iştirakçıları ABŞ sərhədində saxlanılan qeyri-qanuni miqrant valideynlərin uşaqları ilə birləşməsini tələb edirlər.
Polis qanunsuz aksiya keçirən 575 nəfəri saxlayıb.