29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Virusda gizli gen aşkarlanıb

14.11.2020


Tədqiqatçılar SARS-CoV-2 koronavirusunun genetik kodunda müəmmalı gen aşkarlayıb.

DM "naukatv.ru” saytına istinadla xəbər verir ki, bu, koronavirusun faktiki olaraq gözlə görünməyən və tam yaddan çıxmış bir növüdür.

Bu yaxınlarda müəyyənləşdirilmiş gizli ORF3d əslində bir növ "gen içində gen” deməkdir. ORF3d geni digər genlərin kodlanmış ardıcıllığını örtərək nukleotidlərin zəncirində gizlənir.

"SARS-CoV-2 və onun qohumları genomun ölçüsü baxımından РНК-virusların ən uzunu sayılır. Beləliklə, demək olar ki, onları genomlar РНК-viruslarına nisbətən daha çox aldadır”, - deyə Amerika Təbiət Tarixi Muzeyinin əməkdaşı Çeyz Nelson bildirib.

Gizlənən genləri genetik ardıcıllıqla müəyyənləşdirmək çətindir. Çünki genetik kodun sətirləri nəzərdən keçirilərkən onlar genomun skanlama sisteminin diqqətindən yayına bilər. Onlar ayrı-ayrı genlərin seçimi üzrə proqramlaşdırılsa da, qonşu genlərin nukleotidlərinin ümumi ardıcıllığının geniş əhatəli konstruksiyası kimi qəbul edilməməlidir.

Bu, SARS-CoV-2 kimi virusların kontekstində ciddi kor zona yarada bilər. Alimlər bu ilin əvvəlindən bu dağıdıcı virus haqqında mümkün qədər çox şey anlamağa çalışırlar. Lakin genetik strukturun bəzi cəhətləri aydınlaşsa da, hələ çox şey məlum deyil.

Nelsonun sözlərinə görə, ORF3d-nin niyə mövcud olması, genomda gizlənməsi və digər genləri pərdələməsi barədə hələ çox şey öyrənmək lazımdır. Tədqiqatçılar genom bazalarını skan edərkən genin pangolinlərə təsir edən koronavirusun yalnız bir növündə əvvəlcədən müəyyənləşdirildiyini aşkarlayıb.

"Bu iki gen bir-birinə bağlı deyil. Onlar tamamilə fərqli zülalları kodlaşdırır. Bu isə o deməkdir ki, SARS-CoV ORF3b haqqında biliklər ORF3d SARS-CoV-2-yə tətbiq edilməməlidir”, - deyə Nelson izah edib.

COVID-19 xəstələrinin əvvəlki qan testlərinə əsaslanan sirli gen haqqında biliyimiz ondan ibarətdir ki, ORF3d güclü anticisim reaksiyasına malikdir.

"Biz bu genin anticisim reaksiyasından fərqli olaraq T hüceyrə reaksiyası ilə aşkarlanmasının nisbətən çətin olacağını təxmin edirik. Bəlkə də bunun genin yaranması ilə əlaqəsi var”, - deyə Çeyz Nelson bildirib.

Onun sözlərinə görə, 15-ə yaxın tanınmış genə malik olan virus üçün daha birinin tapılması böyük əhəmiyyət kəsb edir. Bunun nə dərəcədə vacib olmasını isə artıq alimlər aaşdırmağa çalışacaq.