29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəlbəcərin Azərbaycana qaytarılması ilə bağlı öhdəlik

13.11.2020

Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana verilməsi prosesində Rusiya sülhməramlılarının iştirakı məsələlərini komandanlığa yönəltmək lazımdır.

Bu barədə Kremlin mətbuat katibi Dmirti Peskov bildirib.

"Bu rayonun qaytarılması Putin, Əliyev və Paşinyan tərəfindən imzalanan birgə bəyanatda nəzərdə tutulub. Bu, erməni tərəfinin üzərinə götürdüyü öhdəlikdir. O ki, qaldı Rusiya sülhməramlılarının bu prosesdə iştirakı məsələsinə, sizə cavab verə bilmərəm. Yaxşı olardı ki, belə sualları komandanlığa yönəldəsiniz”, - deyə Rusiya prezidentinin sözçüsü Kəlbəcər rayonunun Azərbaycana verilməsində Rusiyanın rolu nədən ibarət olacaq sualına cavabında vurğulayıb.