29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Erməni Rembo”su bu döyüşdə məhv edildi

13.11.2020

Azərbaycanın qədim şəhəri Şuşanın işğaldan azad edilməsi üzrə aparılan əməliyyat zamanı erməni ordusunun ən mühüm şəxslərindən biri zərərləşdirilib.

Ermənistanda "Rembo” kimi tanınan David Kamitasoviç Qriqoryan noyabrın 8-də məhv edilib.

Erməni KİV-in məlumatına görə, Qriqoryan, erməni terrorçubaşının, eləcə də Xocalı soyqırımının iştirakçısı general Vitali Balasanyanın "sevimlisi” olub.

Qeyd edək ki, David Qriqoryanın adı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən 37 əsgərin arasında yer alıb.