Hacıbala Abutalıbova ağır itki  
    
                          
     
                         13.11.2020
 
    
                        Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, baş nazirin sabiq müavini Hacıbala Abutalıbova ağır itki üz verib.
DM "Publika.az"a istinadən xəbər verir ki, H.Abutalıbovun qardaşı Osman Abutalıbov vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Hacıbala Abutalıbovun qardaşı tikinti və bizneslə məşğul olub.