28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranlı deputatdan Azərbaycana TƏBRİK

12.11.2020

İran parlamentində Təbriz, Azərşəhr və Usku şəhərlərini təmsil edən deputat Məhəmmədrza Mirtacəddini Azərbaycanı Qarabağ müharibəsində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

İranlı deputat yaydığı müraciətdə iki qonşu ölkə arasında atəşkəsin bərpa edilməsindən və müharibənin başa çatmasından məmnunluğunu ifadə edib.

"Müsəlman Azərbaycan xalqını işğalçıların Azərbaycanın mühüm ərazilərindən çıxması münasibətilə təbrik edirəm. İlahi ənənələrə görə, işğal və zülm uğursuzluğa məhkumdur. Ali rəhbərin mövqeyinə görə, müəyyən edilmiş beynəlxalq sərhədləri müdafiə edirik. Sonda Dağlıq Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət və onların dəyərli ailələrinə başsağlığı veririk”, - deyə deputat qeyd edib.