09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatlar məzuniyyətə çıxdılar

30.06.2018

Milli Məclisinin sədri, sədr  müavinləri və üzvləri məzuniyyətə çıxıb.

"Dövran Media"nın məlumatına görə, məzuniyyət avqustun 30-a qədər davam edəcək. 

MM üzvləri iki aylıq məzuniyyət pulu ilə təmin ediliblər. Məzuniyyət pulu deputatın parlamentdə tutduğu postdan asılı olaraq müvafiq qaydada 2 aylıq vəzifə maaşı miqdarındadır.

Qeyd edək ki, hazırda Milli Məclisin sədri 2475 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar. Eyni zamanda onlara maaşlarından əlavə, maaşlarının 25 faizi qədər vəsait ödənilir. "Deputatın statusu haqqında" qanuna görə, vitse-spikerlərin, komitə sədrlərinin (müavinlərinin) və deputatların maaşları spikerin maaşına əsasən hesablanır.