09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qadınlar aclıq elan elədi - Həbsxanada AKSİYA

30.06.2018

Gürcüstanda 5 saylı qadın həbsxanasında 109 məhbus aclıq aksiyası keçirir.

"Dövran Media" xəbər verir ki, qadın məhbuslar ombudsmanın və İnsan haqları mərkəzinin hazırladığı son hesabata etiraz edirlər. Hesabatda qeyd olunan həbsxanada qadınlara qarşı alçaldıcı və təhqiredici rəftara yol verildiyi əks olunub.
Aclıq aksiyasına qoşulmuş qadınların vəziyyətinin qənaətbəxş olduğu və onların həkim nəzarətinə alındığı bildirilir.
Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyi 5 saylı qadın həbsxanasındakı vəziyyətə dair hesabatla razılaşmadığını bildirib.