29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Münaqişələrin siyasi yolla həllini dəstəkləyirik

12.11.2020

"Dondurulmuş münaqişələrin çoxu bizim bölgəmizdədir. Qarabağ bunlardan bir idi, inşallah, həll olunacaq”.

DM məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bölgəmizdə - Gürcüstanda, Ukraynada, Suriyada, İraqda, Liviyada belə münaqişələr var. Türkiyə bu münaqişələrin siyasi yolla həllini dəstəkləyir. Biz Liviyada da münaqişənin sülh yolu illə həllini dəstəkləyirik. Ancaq Haftarın Tripoliyə hücumu, İdlibdə baş verənlər də yaxın tarixdir. Ancaq biz münaqişələrin həllində təşəbbüslərlə çıxış edirik və bu təşəbbüslər davam edəcək. Türkiyə Aralıq dənizində də ədalətli yanaşmanın tərəfdarıdır. Biz Aralıq dənizi ilə bağlı konfransın keçirilməsini təklif etmişik. Türkiyə bölgədə münaqişələrin həlli üçün lazımi addımların atılmasını davam etdirəcək”, - deyə XİN başçısı vurğulayıb.