29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlundan jurnalistə maraqlı cavab

12.11.2020

"Dövlətlərdə davamlılıq əsasdır”.

DM məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalı ilə bağlı atəşkəs razılaşmasının təhlükə altına düşüb-düşməyəcəyinə dair sualı cavablandırarkən bildirib.

M. Çavuşoğlu deyib ki, atəşkəs anlaşmasını 3 ölkə imzalayıb: "Hakimiyyətlər gəlib-keçər, ancaq anlaşmalar qalır. Ermənistan hökumətinin doğru seçimindən Ermənistan xalqı da faydalanacaq”.

Xarici işlər naziri qeyd edib ki, atəşkəsə nəzarət mərkəzinin şöbələri də olacaq və bu şöbələr vasitəsi ilə atəşkəsə nəzarət daha əhatəli həyata keçiriləcək.