09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Bakıdakı paraddan DANIŞDI

30.06.2018

Bakıda 26 iyunda keçirilən və dünyanın bir çox hərbi ekspertləri tərəfindən həm silah, həm də hərbçilərin və pilotların hazırlığı baxımından möhtəşəm adlandırılan parad Ermənistanda ciddi şəkildə müzakirə olunur.

"Dövran Media" xəbər verir ki, erməni hərbi dairələrində də yaşanan və bəzi hallarda açıq etiraf edilən narahatlığın ictimai təsirini azaltmaq üçün Ermənistan Baş naziri Nikol Paşinyan bu gün növbəti reaksiya göstərib. O, 30 iyunda İrəvanda erməni pilotların 26-cı ildönümlə bağlı uçuşuna münasibətdə "Havada və quruda müdafiəyə və əkshücuma hazırıq” sözlərini yazıb.
Qeyd edək ki, erməni pilotların sadə bir uçuşunda qeyri-peşəkarlıq ekspertlərin diqqətindən yayınmayıb. Belə ki, xüsusi heç bir pilotajlıq göstərməyən erməni pilotlar adi qaydada birgə uçuşda belə bir-birindən məsafəni sonadək qoruya bilməyiblər.