02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bütün imkanlarımız və qəlbimizlə azərbaycanlı qardaşlarımızın yanındayıq

11.11.2020

Ərdoğan: "Bütün imkanlarımız və qəlbimizlə azərbaycanlı qardaşlarımızın yanında yer alaraq işğalı sona çatdıracaq prosesə töhfə verdik”

"Türkiyə və Türk milləti olaraq 28 ildir ki, hər gün bu işğalın ağrısını azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə hiss etdik”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə demək olar ki, hər gün danışıb, bu həyəcanı birlikdə yaşayıb.

R. T. Ərdoğan qeyd edib ki, daha əvvəllər Kirpdə, 1990-cı illərə Bosniyadakı qətliamlara laqeyd qalanlar Qarabağdakı qətliamları da görməməzliyə vurublar: "Biz Xocalıda və digər Qarabağ şəhərlərində qətlə yetirilən qocaların, uşaqların, qadınların acısını azərbaycanlı qardaşlarımızla birlikdə yaşadıq, birlikdə göz yaşı tökdük. Ermənistanın yenidən Azərbaycan torpaqlarına hücum etməsi ilə yenidən başlayan döyüşlərdə bütün imkanlarımız və qəlbimizlə azərbaycanlı qardaşlarımızın yanında yer alaraq, bu işğalı sona çatdıracaq prosesə töhfə verdik”.