09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Əsas məsələ Messini zərərsizləşdirməkdir"

30.06.2018

DÇ-2018-in 1/8 final mərhələsində Fransa bu gün Argentina ilə qarşılaşacaq.

"Dövran Media" xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam oyunöncəsi açıqlamasında Lionel Messidən çəkindiklərini etiraf edib:"Messi Messidir. İstedadı hər zaman onu fərqləndirir. O, adi bir hərəkətilə meydanda vəziyyəti dəyişməyə qadirdir. Messi gözlənilməz futbolçudur, nə zaman nə edəcəyi bilinmir. Bu, onun unikallığının bir hissəsidir. Yığmada 127 oyun keçirib, 10-larla qol vurub. Əsas məsələ onu zərərsizləşdirməkdir. Amma dediyim ki, azacıq səylə oyunun nəticəsini dəyişə bilir. Messinin Argentina millisinin oyununa təsirini məhdudlaşdırmaq üçün bir neçə variantımız var. Əlbəttə, bizim də Messi kimi İspaniyada çıxış edən oyunçularımız var, amma bu, üstünlük deyil. Həmin futbolçularımız Leoya qarşı oynasalar belə, bu, o demək deyil ki, biz onu tamamilə zərərsizləşdirəcəyik".

Qeyd edək ki, Fransa - Argentina oyunu bu gün Bakı vaxtı ilə 18:00-da başlayacaq.