29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

30 illik zülm başa çatdı

11.11.2020

Ermənistan bu günədək axıtdığı qanların cəzasını çəkdi, 30 illik zülm başa çatdı.

Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli deyib.

O bildirib ki, noyabrın 10-da atəşkəs bərqərar edilməklə müzəffər türk əsgərinin qələbəsi təsdiqlənib:

"Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytaracaq. Rus və türk sülhməramlı qüvvələri yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə Laçın dəhlizi ilə insanların hərəkətinin təhlükəsizliyini təmin edəcək. Azərbaycanın qərb bölgələri isə Naxçıvanla dəhliz vasitəsi ilə bağlanacaq. Bundan sonrasını Paşinyan düşünsün. Qarabağ türk torpağıdır, Qarabağ azaddır, Qarabağ Azərbaycandır”.