29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşanın nəzarət altına alınması o deməkdir ki...

11.11.2020

Qarabağın taleyi barədə son sazişin imzalanması ermənilər üçün böyük məğlubiyyətdir.

Bu sözləri britaniyalı jurnalist, "Carnegie Europe” şirkətinin baş elmi işçisi, Qafqaz məsələləri üzrə ekspert Tomas De Vaal deyib.

De Vaal bildirib ki, erməni cəmiyyətini şoka salan daha bir amil Ermənistanın Baş naziri Nikol Paşinyanın xalqı hazırlamaq üçün heç bir iş görməməsi, sazişin imzalanmasından bir neçə saat əvvəl isə qələbə haqqında danışması olub.

De Vaal vurğulayıb ki, Azərbaycanın qələbəsini elan etmək üçün Şuşa şəhərini nəzarət altına alması kifayət idi:

"Azərbaycanlıların bu sazişə sevinmək üçün bir çox səbəbləri var. 7 rayonun Azərbaycanın nəzarəti altına keçməsi ölkə üçün mənəvi stimul olacaq. Bu həm də Türkiyənin qələbəsidir, çünki bu münaqişə Ankaranın və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi önəm verdiyi məsələdir”.