29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Qarabağ sazişini imzaladı

11.11.2020

Paşinyan Qarabağ sazişini imzaladı: "Minlərlə hərbçimiz mühasirəyə düşəcəkdi”

Ermənistanın baş naziri Paşinyan Qarabağda hərbi əməliyyatları dayandıran bəyanata qol çəkib.

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı bəyanata Paşinyan ilk vaxtlar qol çəkməmişdi.

Ermənistanın Qarabağ döyüşlərində məğlubiyyətini rəsmiləşdirən həmin müqavilə ilə bağlı Paşinyan açıqlama verib.

"Əgər müharibəni dayandırmasaydıq, döyüşlərdə minlərlə əsgərimiz mühasirəyə düşəcəkdi. Xankəndi, Əsgəran, Xocavənd böyük ehtimalla əldən veriləcəkdi. Şuşanı isə geri qaytarmaq üçün 2 hücum cəhdimiz oldu. İlk hücum uğursuzluqla bitdi, ikinci hücum zamanı isə dəstələrdən biri şəhərə daxil ola bildi. Məhz buna görə, şəhərin itirilməsi ya əldə saxlanılması barədə ziddiyyətli xəbərlər verilirdi”.

Paşinyan "Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanı da ittiham edib. Belə ki, Paşinyan ən böyük müxalifət fraksiyasının rəhbərinin ilk günlərdən könüllülərdən ibarət hərbi birləşmə yaratdığını elan etsə də, həmin şəxslərin cəbhəyə yola düşmədiyini xatırladıb.