29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qələbə sevincindən möhtəşəm görüntü

11.11.2020

Azərbaycanın 30 illik həsrətə son qoyaraq işğal altında olan bütün torpaqlarını azad etməsi, müharibənin Ermənistanın hərbi kapitulyasiyası ilə bitməsi şərəfinə ölkənin hər yerində olduğu kimi Bakıda da izdihamlı yürüşlər keçirilib. Belə şənliklərdən birində polis əməkdaşının öz sevincini vətəndaşlarla bölüşməsi diqqət çəkib.

Görüntülərdə paytaxtda Azərbaycan bayraqları ilə sevinclərini bölüşərək oynayan gənclərə yaxınlaşan polisin hərbi salam verərək onları qucaqlaması yer alıb. Bu video sosial şəbəkələrdə geniş yayılıb və hər kəs polisin mülki şəxslərlə qucaqlaşaraq qələbə bayramını qeyd etməsini təqdir edib.