Naxçıvan koridorunun yaradılmasının önəmi  
    
                          
     
                         11.11.2020
 
    
                        Dağlıq Qarabağla bağlı tərəflərin son razılığına əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni koridorun yaradılması Türkiyə üçün böyük əhəmiyyətə malikdir.
Bu barədə "Yeni Akıt” nəşri məlumat yayıb.
"Bu layihə reallaşandan sonra Türkiyə ilə Azərbaycan arasında davamlı quru əlaqəsi təmin ediləcək. Bundan başqa, Naxçıvan Türkiyə ilə türk dünyası arasında vacib qapı rolunu oynayacaq”, - nəşr yazıb.