30 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk məşhurlardan qələbə paylaşımı

11.11.2020

Qarabağın erməni işğalından azad olunması türkiyəli məşhurların da sevincinə səbəb olub.

Qələbimizə öz qələbələri qədər sevinən türkiyəli məşhurlar sosial şəbəkə hesabında da paylaşım ediblər.

İfaçı və bəstəkar Sinan Akçıl Xocalı sakinləri və müzəffər Ordumuzun şəklini yerləşdirərək üzərinə "Sən daima yaşa Azərbaycan, intiqam gec də olsa alınır" kimi yazılar qeyd edib.

Gənc müğənni Ece Seçkin isə Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq "Yol ver Türkün şanlı bayrağına. Qarabağ bizimdir" postunu paylaşıb.

Aktyor Oktay Kaynarca da Azərbaycanı qələbə münasibəti ilə təbrik edən məşhurlar sırasında olub. O İnstaqram hesabının hekayə bölümündə Azərbaycan, Türkiyə və Pakistan bayrağı yer alan şəklin üzərinə "Gözün aydın Azərbaycan. Mübarizəyə davam" kimi sözlər yazıb.

Müğənni Ebru Yaşar hekayə bölümündə üç rəngli bayrağımızı paylaşaraq üzərinə "Can Azərbaycan, zəfərin mübarək" sözlərini yazıb.

Müğənni Rafet El Roman hekayə bölümündə üç rəngli bayrağımızı paylaşaraq üzərinə "Qarabağ Azərbaycandır! sözlərini yazıb.”

Müğənni Murat Boz hekayə bölümündə üç rəngli bayrağımızı paylaşaraq üzərinə "Vətən torpaqlarını geri alan Azərbaycan xalqını şanlı Azərbaycan ordusunu ürəkdən təbrik edirəm” sözlərini qeyd edib.

Müğənni Ebru Gündeş də Azərbaycan bayrağını hekayə bölümündə yerləşdirib.