30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tanoyandan Azərbaycanla bağlı etiraf

11.11.2020

Tanoyan Azərbaycan ordusunun gücünü belə ETİRAF ETDİ

"Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət kimi qiymətləndirilməsi təhqiramizdir”.

"aysor.am” portalının verdiyi xəbərə görə, bu barədə Ermənistan müdafiə naziri David Tonoyan bildirib.

"Ermənistan Silahlı Qüvvələri, Müdafiə Nazirliyinin bütün sistemi, hökumətin uğur qazanmağımız üçün əlindən gələni etməsinə baxmayaraq Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət və ya məğlubiyyət kimi dəyərləndirilməsini təhqiramiz hesab edirəm”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan tərəfi silah və texnika tədarükünün bütöv bir blokadası şəraitində hərəkət etdikdə geosiyasi vəziyyət yaranıb.

"Biz çox böyük bir qüvvəyə - super silahlı Azərbaycan ordusuna qarşı vuruşduq. Məndən "bəs siz niyə silahlanmadınız?” deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”, -deyə Tonoyan qeyd edib.