29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT Baş katibi “rahat nəfəs aldığını” bildirib

11.11.2020

BMT Qarabağda hərbi əməliyyatların dayandırılmasıyla bağlı razılaşmanı dəstəkləyib

BMT Moskva, Bakı və İrəvan arasındakı razılaşmanı alqışlayır və razılaşmaların həyata keçirilməsində tərəflərə kömək üçün hər şeyi edəcək.
 
"RİA Novosti”nin verdiyi məlumata görə, bunu təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib.
 
"Rusiya rəhbərliyinə gördükləri işə görə çox minnətdarıq”, - deyən Düjarrik, BMT Baş katibi Antonio Quterreşin razılaşma ilə bağlı məlumatları alan zaman "rahat nəfəs aldığını” bildirib.
 
"Rahatlıq hissimiz bunun mülki əhalinin çətinliklərinə son qoyacağına ümid etməyimizlə bağlıdır. Bu razılaşmanın əldə olunmasını alqışlayırıq. Tərəflərə bu razılaşmaların həyata keçirilməsində dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə təşkilat rəsmisi qeyd edib.