Dünyada həftəlik yoluxmada rekord göstərici  
    
                          
     
                         11.11.2020
 
    
                        Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 3,6 milyondan çox artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir.
"TASS”a istinadən xəbər verilir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Son 7 gündə ölənlərin sayı isə 54 mindən çox artıb. Bu, ötən həfə ilə müqayisədə 9 min çoxdur.
Qeyd edək ki, dünyada ümumilikdə 49,7 milyona yaxıninsan koronavirusa yoluxub, 1,2 milyondan çox insan bu virusdan dünyasını dəyişib.