29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Biz millət və Silahlı Qüvvələr olaraq tarix kitablarına adımızı qızıl hərflərlə yazdırdıq

10.11.2020

Rus sülhməramlılarının gəlişindən niyə narahatsınız?

Biz heç kimin inanmadığı bir şeyi gerçəkləşdirdik və Prezident İlham Əliyevin də dediyi kimi, dünyaya necə qüdrətli bir dövlət, əzmkar bir millət olduğumuzu sübut etdik.

Bu sözləri millət vəkili Vahid Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı bəyanat haqda danışarkən deyib.

Deputat bildirib ki, biz millət və Silahlı Qüvvələr olaraq tarix kitablarına adımızı qızıl hərflərlə yazdırdıq:

"Bu qələbini ifadə etməkdə cümlələr acizdir. Bölgəyə Rusiya sülhməramlılarının gəlişindən narahat olmağa lüzum yoxdur. Əvvəla, Rusiya doxsanıncı illərdəkindən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu. Eyni zamanda bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Bu, sadəcə, Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhmərmalı hərbçilərin mövcudluğundan ibarət olacaq.

Bir vacib məqamı da unutmayaq ki, bölgədəki sülhün qarantı təkcə Rusiya deyil, qardaş ölkə Türkiyə də olacaq. Türkiyənin yeddidən yetmişədək bütün vətəndaşlarına sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm və Ərdoğanın "Türk dünyasının lideri” adına haqq etdiyini düşünürəm. Türkiyə savaş dönəmində Azərbaycana verdiyi misilsiz mənəvi dəstəyinə görə hər birimizin qəlbində özünə əbədi yer qazandı. Eşq olsun Türkiyə-Azərbaycan qardaşlığına”.