29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Babayan “adından” imtina etdi

10.11.2020

Dağlıq Qarabağ "müdafiə ordusu”nun keçmiş "baş komandan”ı Samvel Babayan "artsaxın qəhrəmanı” geydirmə adından imtina edib.

Bu barədə Samvel Babayanın bəyanatında qeyd edilib.

"Qarabağ erməni dövlətçiliyinin mərkəzidir, ermənilərin simvoludur. Buna görə bu torpaq uğrunda minlərlə insanın həyatını qurban verdik. Lakin bu sazişlə erməni liderləri erməniliyin mövcudluğunu şübhə altına saldılar. Bu cinayət əməllərinə etiraz olaraq bildirirəm ki, "artsax qəhrəmanı” titulundan imtina edirəm, "dqr”in "təhlükəsizlik şurası”nın rəhbəri səlahiyyətlərimə xitam verirəm”, - Babayan bildirib.

Qeyd edək ki, artıq "dqr” hətta dırnaq arasında belə mövcud deyil. Ona görə də S.Babayanın olmayan bir qurumdan istefa verməsi də, olmayan bir məfhumun "qəhrəman”lığından imtinası da saxtakarlıqdan başqa bir şey deyil.