05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Ordusu Xankəndiyə dirənmişdi

10.11.2020

8 noyabr mənim həyatımın ən ağır gecəsi idi.

Bu sözləri artıq dırnaq arasında da mövcud olmayan "dqr” separatçı-əldəqayırma rəhbəri Araik Arutyunyan Feysbukdakı canlı yayımı zamanı deyib.

"Tarix dünən qəbul edilən qərara hansı qiyməti verəcək, bilmirəm, amma biz buna məcburduq. Niyə? İlk növbədə hərbi situasiya planında biz 43 günlük müharibə nəticəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrutun böyük hissəsi, Xocavənd, Xocalının bir hissəsi və ən əsası Şuşanı itirmişdik. Döyüşlər Xankəndinin 2-3 kilometrində gedirdi”, - deyə o bildirib.

O, Azərbaycan Ordusunun PUA-larından bir neçə gün qorunmağı bacardıqlarını, amma son iki gündə PUA-lar sayəsində daha böyük itkilərə məruz qoyulduqlarını söyləyib.

Arutyunyan, həmçinin son bir neçə saat ərzində Xocavənddə çox böyük insan itkilərinə yol verdiklərini deyib.